AZ   |   RU
"Milli Kəşfiyyat Təşkilatımız terrorçulara möhlət vermir"- Ərdoğan

 

"Milli Kəşfiyyat Təşkilatımız geniş resurs şəbəkəsi və qabaqcıl texnoloji imkanları ilə terrorçulara möhlət vermir". 


Missiya.Az "Anadolu Agentliyi" nə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Prezident Kale şəhərciyində Milli Kəşfiyyat Təşkilatının 97-ci ildönümü ilə bağlı tədbirdə deyib. 


“Terrorçuların hücrələrinə daxil olmağa davam edirik. Suriya və İraqda həyata keçirdiyimiz kəşfiyyat əməliyyatları ilə sözdə PKK rəhbərliyini yuvalarından çıxa bilməyəcək hala gətirdik”,-deyə o bildirib. 


Leyla SƏMƏNDƏR 

Missiya.Az



  • 10-01-2024, 17:10