AZ   |   RU
Ermənistan XİN başçısının müavini tutduğu vəzifədən azad edilib


Ermənistan xarici işlər nazirinin müavini Vaqe Gevorkyan tutduğu vəzifədən azad edilib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sərəncam imzalayıb.

Qeyd edək ki, Vaqe Gevorkyan 2021-ci il sentyabrın 7-də bu vəzifəyə təyin olunub.

Onun tutduğu vəzifədən azad edilməsi səbəbləri və təyinatına dair hələ ki məlumat yayılmayıb.



  • 10-01-2024, 17:07