AZ   |   RU
Fransada yeni əks-kəşfiyyat rəisi təyin edilib


Selin Berton Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə (əks-kəşfiyyat) rəhbər təyin edilib və bu postu tutan ilk qadın kimi tarixə düşüb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen X sosial şəbəkəsində məlumat verib.

“Bu gündən etibarən Selin Berton Daxili Təhlükəsizlik Baş İdarəsinin yeni baş direktorudur”, - o yazıb.

Əks-kəşfiyyatın rəhbəri kimi Berton dekabr ayında Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin rəisi təyin edilmiş Nikolya Lerneri əvəz edib.



  • 9-01-2024, 19:22