AZ   |   RU
Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 180 nəfərə çatıb

Qəzza zolağında HƏMAS-a qarşı döyüşlərdə İsrail ordusunun daha dörd hərbçisi öldürülüb.


Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.


Bildirilir ki, bununla anklavda həlak olan İsrail hərbçilərinin sayı 180 nəfərə çatıb.


Qeyd olunub ki, öldürülənlər Roi Tal, David Şvartz, Yakir Hexter və Qavriel Bloom adlı hərbçilərdir.



Daşqın Həsənov
Missiya.Az



  • 9-01-2024, 10:24