AZ   |   RU
Ərdoğan və Putin arasında görüşə hazırlıq gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin görüşünə hazırlıq məsələləri diplomatik kanallarla razılaşdırılır. 


Missiya.Az “Hurriyyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.


Bildirilir ki, hələlik görüşün zamanı və məkanı barəsində açıqlama verilmir. 


Qeyd edək ki, Putin də ötən ilin sonundakı çıxışlarının birində 2024-cü ilin əvvəlində Ərdoğanla görüşməyi planlaşdırdığını bəyan etmişdi.



Daşqın Həsənov
Missiya.Az



  • 9-01-2024, 09:47