AZ   |   RU
ABŞ-də atışma nəticəsində 4 nəfər ölüb

 

ABŞ-nin Minnesota ştatının Klokuy şəhərindəki "Big Lake Road-da Super 8" motelində baş verən atışma nəticəsində azı 4 nəfər ölüb.


 Missiya.Az xəbər verir ki, bu barədə “Pine Journal” nəşri məlumat yayıb. 


Məlumata görə, moteldə 3 nəfərin, obyektdən kənarda isə atəş açmaqda şübhəli bilinən şəxsin meyiti tapılıb. 


Leyla SƏMƏNDƏR 

Missiya.Az



  • 9-01-2024, 09:45