AZ   |   RU
Zelenski beynəlxalq danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib


Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin təhlükəsizlik zəmanətləri üzrə beynəlxalq danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna lideri Sərəncam imzalayıb.

Bildirilib ki, sənəddə Ukrayna ilə digər dövlətlər arasında bu ölkənin təhlükəsizliyinə təminatlara dair ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrin hazırlanması üzrə danışıqlarda iştirakı üçün Ukrayna nümayəndə heyətinin aşağıdakı tərkibdə yaradılmasından bəhs edilir.

Adlar arasında Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk, müdafiə naziri Rüstəm Umerov var.

Qeyd edək ki,  nümayəndə heyətinə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak başçılıq edəcək.

Zərintac Mayisqızı
Missiya.Az




  • 9-01-2024, 10:10