AZ   |   RU
Yaponiyada baş verən zəlzələdə həyatını itirənlərin sayı 180-ə yüksəlib

 

Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 180-ə yüksəlib. 


Missiya.Az xəbər verir ki, bu barədə İşikava əyalət qubernatorluğu açıqlama yayıb.


Açıqlamada, ştat üzrə 28 mindən çox insanın təxliyyə məntəqəsində, 3 min 300 nəfərin isə bağlı yollar səbəbindən qapalı vəziyyətdə qaldığı bildirilib. 


Qeyd olunub ki, zəlzələ zamanı  məktəblərə də ziyan dəyib. 


Xatırladaq ki, Yaponiyanın baş naziri Kişida Fumionun kabineti regionun bərpası üçün 2023-cü maliyyə ilindən etibarən 4,7 milyard yen (33 milyon ABŞ dolları) maliyyə vəsaitinin ayrılmasını təsdiqləyib. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 9-01-2024, 09:21