AZ   |   RU
Naxçıvanda regional forum keçrilib


Bu gün Azərbaycan Milli QHT Forumunun Naxçıvan şəhərində regional forumu keçirilib.


Missiya.Az Onder.tv-yə istinadən xəbər verir ki, Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib. Ötən dövrdə vətəndaş cəmiyyəti də möhkəmlənib, prosesə töhfə verib. 

"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli qeyd edib ki, QHT sektorunun daha da səmərəli fəaliyyəti üçün aparılan köklü islahatlar əhəmiyyətli, pozitiv dəyişikliklər yaradır.
"Estafet" Gənclərin İctimai Birliyinin sədri Arzu Qasımov bildirib ki, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti Azərbaycan tarixində qızıl dövr açıb. Vətəndaş cəmiyyəti də ölkədə gedən proseslərdə fəal iştirak etməyə çalışır. 

Forumda “Naxçıvan şəhid ailələri” İctimai birliyin sədri Mais Gülməmmədov, “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Gülxanım Orucova, “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Cehun Bayramov, şəhid ailələri və qazilər çıxış ediblər.

Qeyd edək ki, AMQF-nin regional forumları bu gün başa çatır. Yanvarın 10-da Azərbaycan Milli QHT Forumu Bakıda Ümumrespublika Forumu keçirəcək.




  • 8-01-2024, 21:31