AZ   |   RU
Jurnalist Ekspert Mərkəzi prezidentliyə namizədlər barədə qısa təqdimat hazırladı


İlham Əliyev - Azərbaycan Prezidenti, 4 dəfə seçkidə qalib gəlib. YAP-ın sədridir. Azərbaycanın bütün işğalda olan əarzilərini azadlığa çıxaran Ali Baş Komandandır. 


Sərvan Kərimov - Sadə vətəndaşdır, Füzuli Yol Tikinti İdarəsində baş mexanik şöbəsinə rəhbərlik edib. Elmi titulu olmasa da, söylədiyinə görə elmi nəzəriyyə üzərində işləyir. YAP-a qarşı sərt fikirləri ilə diqqət çəkir.


Mətləb Mütəllimli - Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Ali Sovetinin XII çağırış, Milli Məclisin I çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini. Bunlar hamısı keçmişdə olub. 2023-cü ilin iyununda partiyasını buraxıb, hazırda sadə həyat tərzi keçirir.


Abutalıb Səmədov da Mətləb Mütəllimli ilə eyni ictimai aqibətə malikdir. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini olub, Müəllif Hüquqları Agentliyinin sədri işləyib, Milli Məclisi II çağırış deputatı olub, Azərbaycan Naminə Alyans Partiyasının sədri idi. O da partiyanın fəaliyyətini dayandırıb.


Fikrət Yusifov - Keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru, professor, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri. Hazırda vətənədaş cəmiyyəti institutunun təmsilçisi kimi fəaliyyətdədir.


Yusif Bağırzadə - Milli Məclisinin I çağırışı deputatı, Mərkəzi Seçki Komissiyasının üzvü olub. Politoloq olaraq mediada ekspert səviyyəsində açıqlamaları ilə gündəmdədir.  


Arzuman Abdulkərimov - “Hilal” Sosial Araşdırmalar ictimai birliyinin sədri, Ana Vətən Partiyası sədrinin müavini. QHT nümayəndəsi kimi tanınır.


Yunus Oğuz - "Olaylar" İnformasiya Agentliyinin rəhbəri, jurnalist, publisist, tarixi romanlar müəllifi olan yazıçı. Milli Vəhdət Partiyasının sədridir. Xalq Azadlıq Partiyasının sədri olub. Xeyli sayda tarixi romanların müəllifidir. 


Qulamhüseyn Əlibəyli - Milli Məclisin I və II çağırış üzvü olub. Aydınlar Partiyası buraxılana qədər təşkilata rəhbərlik edib. Siyasətə Xalq Cəbhəsi Partiyası ilə gəlib. Ziyalı hüquqşünas kimi tanınır. 


Namizəd Səfərov - İşgəncə və Repressiyalara Qarşı Komitənin üzvü oluub, vəkil işləyib. Hüquq müdafiəçisidir. Hakimiyyətə qarşı radikal açıqlamaları ilə gündəmdədir. 


Əvəz Temirxan -  Azərbaycan Liberal Partiyasının sədr müavini olub. Həmin dönəmlərdə sədr Lalə Şövkət idi. Əvəz Temirxan partiyanın danışmanı kimi çıxış edirdi. Lalə xanım partiyanın lideri olandan sonra sədr postu Əvəz Temirxana keçdi. Bu yaxınlarda ALP ümumiyyətlə  buraxılıb. 


Zahid Oruc - 5 dəfə Milli Məclisə üzv seçilib. Ana Vətən Partiaysının yaradıcılarındandır, uzun müddət sədr müavini postunda çalışıb. Hazırda Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvüdür. Orijinal təhlilləri, çıxışları ilə fərqlənir.


Fuad Əliyev - Liberal Demokrat Partiyasının lideri idi. Partiya buraxılıb. Cəmiyyət Fuad bəyi dəfələrlə prezidentliyə namzəd kimi daha çox xatırlayır. 


Fazil Mustafa - Böyük Quruluş Partiyasının sədridir. Siyasətə Xalq hərəkatından gəlib. 4 dəfə deputat seçilib. Gündəmdə ən çox görünən, danışan siyasətçilərdəndir. MM-in Mədəniyyət Komitəsinin sədridir. 


Elşad Musayev - Böyük Azərbaycan Partiyasının sdəridir. Xalq hərəkatının yetirməsidir. Etibar Məmmədovun sədri olduğu illərdə Milli İstiqlal Partiyasının funksioneri olub. Mediada mütəmadi açıqlamaları yer alır. Müxalifət düşüncəli siyasətçi kimi qəbul olunur. 


Qüdrət Həsənquliyev - 4 dəfə deputat seçilib. Bir dəfə Əli Kərimliyə qarşı təhqiredici davranşa etiarz əlaməti olaraq parlamentin iclaslarını növbəti seçkiy qədər baykot edib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir. İqtidaryönlü siyasətçi kimi qələmə verilir. Partiyası konstruktiv düşərgəyə aiddir. Rəhbərlik etdiyi partiya geniş strukturlaşma bacarığına görə fərqlənir.  


Razi Nurullayev - AXCP sədri Əli Kərimlinin müavini olub. Sərt bəyanatla partiya sıralarını tərk edib, Milli Cəbhə Partiyası yaradıb. İki dəfə deputat seçilib. Milli Məclisdə bəzən iqtidara qarşı kəskin, bəzən loyal münasibəti ilə medianən diqqətini çəkə bilib. Vətəndaş cəmiyyəti institutunun da təmsilçisi olub.



  • 8-01-2024, 17:52