AZ   |   RU
Amerikasayağı haqsızlıq və ya 30 il kor olan "Ağ Ev" - Şərh



ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabat hazırlayıb. Həmin Hesabatda həmişə olduğu kimi Azərbaycanla bağlı hissədə yenə də həqiqətə uyğun olmayan, qərəzli və heç bir reallığı əks etdirməyən əsassız iddialar öz əksini tapıb. Halbuki Azərbaycan dünyada yeganə ölələrdəndir ki, burada dini və milli tolerantlığ hökm sürür. Dövlət Departamenti tərəfindən yayılan hesabatın Azərbayacana aid olan hissəsi dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan tərəfindən hazırlanıb. Hesabatın rəhbəri Aşbaxyan Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. O, Livanın Los-Ancelesdəki konsulluğunda işləyib.


Bu gün özünü dünyada “fövqəlgüc” hesab edən Amerikanın daxili siyasətinə yaxından nəzər salsaq görərik, ABŞ hazırda lobbilərin oyuncağına çevrilib. Bu gün Amerikada yəhudi, erməni və yunan lobbiləri fəaliyyət göstərirlər, o cümlədən onlar hökümətin formalaşmasında və qərarların verilməsinə çox ciddi təsirlər göstərə bilirlər. Elə Azərbaycana qarşı erməni qadın tərəfindən hazırlanan hesabat da bir daha göstərir ki, erməni lobbisi Vaşinqton hökümətinə asanlıqla basqılar edə bilir. Bütün bunlar bir daha göstərir ki, ABŞ kimi nəhəng ölkə bu gün erməni lobbisinin kuklasına çevrilib.


ABŞ hər zaman olduğu kimi ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaqla məşğuldur. Halbuki son dövrlər Vaşinqton Azərbaycan və Ermənistan arasında danışıqların aparılmasında ön plana çıxırdı. İki ölkə arasında sülhün əldə edilməsinə “çalışan” Amerikanın Azərbaycanla bağlı sərgilədiyi mövqe Vaşinqton danışıqlarının çox ehtimal ki, üzərindən xətt çəkməli olacaq. Bundan öncə də dəfələlərlə bu cür xoşagəlməz hadisələrin yaşandığının şahidi olmuşduq. Və bu məsələlərlə bağlı dövlətimiz ciddi mövqe ortaya qoymuş, ABŞ rəsmiləri isə rəsmi Bakıdan üzr istəməli olmuşlar.


Maraqlısı isə odur ki, həmin hesabat hazırlanarkən Qarabağın 30 il  erməni işğalı altında qalmasından, 1 milyondan çox soydaşımızın öz dədə baba yurdlarından zorla çıxarılmasından, minlərlə insanın soyqırıma məruz qalmasından, tarixi və dini  abidələrimizin yerlə yeksan edilməsindən və məscidlərimizdə donuzların saxlanılmasından bir kəlmə də olsun bəhs olunmayıb.


ABŞ Azərbaycanla bağlı bu cür qərəzli hesabat hazırlayan zaman yaxşı olardı ki, öz daxilində baş verən irqçi seçkiliyi ön plana çəkərdi. Bu gün Amerikada qara dərililər aşağıllanır və asanlıqla polis tərəfindən öldürülə bilirlər. Və bu cür hadisələrin dəfələrlə şahidi olmuşuq. Bundan əlavə Amerikada yerləşən məşhur Quantanamo həbsxanasını da misal çəkə bilərik. Həmin həbaxanada ən çox saxlanılanlar məhz müsəlmanlardır və onlar orada ağır işgəncələrə məruz qalaraq, öldürülürlər. Dünya  ABŞ-nin  Quantanomadakı vəhşiliyinə hələ də münasibət bildirmir.


Dünyaya “ədalət” dərsi keçməyə çalışan ABŞ son illər ərzində İraq, Əfqanıstan və Suriya kimi ölkələri xarabalığa çevirərək milyonlarla insanın ölümünə səbəb olub. ABŞ-nin təkcə İraqa hücumu nəticəsində 1 milyondan çox insan öldürülüb və milyonlarla insan öz ölkələrindən köçmək məcburiyyətində qalaraq,  qaçqın həyatı sürməyə məhkum olunub.


Bundan əlavə, ABŞ-nin Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombasını da bəşəriyyət unutmayıb.  Məhz  atılan atom bombaları nəticəsində bu gün orada yaşayan bütün canlılar radiasiyadan əziyyət çəkirlər.


ABŞ-nin hazırda xarabalığa çevirdiyi ölkələrdən biri də bu gün müharibənin davam etdiyi Ukraynadır. Kiyevə yalan vədlər verərək, onu Rusiya kimi dünyanın ən güclü ordusu ilə münaqişəyə sövq etdi. Ukraynaya yalan vədlər verən Vaşinqton hazırda Kiyevi meydanda tək qoyub. Ukraynanın istədiyi silahları verməkdən boyun qaçırır və rəsmi şəxslər bundan sonra Kiyevə yardımların ayrılmayacağını bəyan edirlər. Bütün bunlar isə ABŞ-nin ikiüzlü siyasət yürütdüyünü və ona güvənən ölkələri hansı aqibətlərlə üzləşə biləcəklərini açıq-aydın ortaya qoymuş olur.


Əlbəttə, ABŞ-nin və ya digər ölkənin bu tip qərəzli davranışları Azərbayxanı öz haqlı mövqeyindən, milli maraqlara söykənən siyasətindən çəkindirə bilməz. Rəsmi Bakının yürütdüyü xətt ümumxalq mövqeyindən irəli gəlir və odur ki, davamlılığı da təmin olunmalıdır.


Daşqın Həsənov
Missiya.Az



  • 5-01-2024, 18:58