AZ   |   RU
Köçəryan Azərbaycanı yeni müharibə ilə hədələdi – “Əlverişli şərtlər olan kimi...”

“Qarabağda ədalətsiz sülh yeni müharibəyə gətirib çıxaracaq. İkinci Dünya Müharibəsi də ədalətsiz Versal sülhünün nəticəsi idi”.

Missiya.Az
“Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, Xocalı qatillərindən biri Robert Köçəryan Rusiya KİV nümayəndələri üçün bu gün keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, müharibə ATƏT-in Minsk Qrupunun deyil, Ermənistan hakimiyyətinin uğurszuluğu idi.

Sitat: “Əgər tərəflərdən hansısa biri müharibənin nərticəsi ilə razılaşmırsa, deməli yeni müharibəni gözləməlisən. Bu, əlverişli geopolitik şərtlər yarananda baş verəcək. Azərbaycanda düşünürlərsə ki, Qarabağ problemini həll ediblər, bu, əslində əks məna kəsb edir. Baxmayaraq ki, üstün mövqedədirlər”, - deyə o, bildirib. 

Missiya.Az


  • 4-03-2021, 14:20