AZ   |   RU
Məşhur fotoqraflar tələbələrlə görüşdülər FOTO

AzPress İnformasiya Agentliyinin təsisçi-redaktoru, fotojurnalist Rasim Sadıxov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin fotoqrafı  Rüstəm Fərman Bakı Slavyan Universitetinin qonağı olub.


 Jurnalistika kafedrasının müdiri prof.Vüqar Rəhimzadənin təşkilatçılığı ilə kafedranın müəllimi Fərqanə Məlikovanın tədris etdiyi “Fotojurnalistika” fənnindən tələbələrə praktik məşğələ keçirilib. Məşğələdə fotojurnalistikanın əsasları, fototexnikadan və işıqlandırma qurğularından düzgün istifadə, fotoçəkiliş zamanı düzgün rakursun seçilməsi, fotojurnalistikanın janrları, üslub anlayışı, ekstremal vəziyyətdə fotojurnalistin davranışı və s. haqqında tələbələrə məlumat verilib.


Fotojurnalist R.Sadıxov və fotoqraf R.Fərman uğurlu fotoları və öz təcrübələrini tələbələrlə bölüşüb.  R.Sadıxov Ulu öndər Heydər Əliyevlə bağlı xatirələri, rəsmi və qeyri-rəsmi fotoları barəsində danışıb. R.Sadıxova məxsus əsl tarixi sənədlər kimi 20 Yanvar mövzulu fotolar nümayiş olunub. 


Sonda fotoqraf Rüstəm Fərman fotokamera ilə davranış qaydaları, fon, effekt, işıq, rəng, kompozisiya  ilə bağlı tələbələrə praktik bilgilər verib, hər bir tələbə fotokameradan istifadə edərək bu prinsiplərə uyğun fotolar çəkiblər.



  • 28-12-2023, 18:08