COP (Conference of the Parties - Tərəflərin Konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərindəBMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasıüzərində ali qərarların verilməsi üçün yaradılmışqurumdur. COP-un missiyası konvensiyadan irəli gələntələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Sonuncu, COP28 adlandırılan 28-ci konfrans 2023-cü ilin 30 Noyabr- 12 Dekabr tarixlərində Birləşmiş Ərəb ƏmirliklərininDubay şəhərində keçirilmişdir. Növbəti, COP29 olaraqadlandırılacaq konfrans isə 2024-cü ilin 11-24 Noyabrtarixlərində Bakı şəhərində keçiriləcək.
Prezident İlham Əliyev qeyd edib - "Azərbaycanabeynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz buhörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləminhər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi. Azərbaycanöz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşıantiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyiniözü bir daha təmin etmişdir və eyni zamanda, bütünhumanitar normalara riayət edərək öz suverenliyini bərpaetmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, həttaErmənistan bu vəziyyətlə barışıb və COP29 konfransınınkeçirilməsi bunu bir daha göstərir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir vəbu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyinigöstərmişdir. Dünyanın 120 ölkəsi Azərbaycana özdəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələribu dəstəyi göstərmişdir. COP29-da 10 minlərlə xaricinümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakıdünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzindəölkəmizdə olacaq. COP29 beynəlxalq konfransını da bizyüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızınnövbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycanneft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir vədünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimizyaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılmasıvə yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizimenerji siyasətimizin prioritetidir.”
Ölkə olaraq ən irimiqyaslı beynəlxalq tədbirimiz 8 minnəfərə yaxın qonağın qəbul edildiyi Avropa Oyunlarıolmuşdur, COP29 ölkə tarixində keçiriləcək ən böyüktədbir hesab olunur. Azərbaycanın dünyanın ən böyük vəmühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevinnövbəti təntənəli qələbəsidir. Konfransın ölkəmizdə dahayüksək səviyyədə keçiriləcəyi şübhəsizdir. Aydınməsələdir ki, Azərbaycanın iqtisadi və geopolitik gücüimkan verir ki, qlobal problemlərin müzakirəsi, həlliyollarının araşdırılması Bakıda baş tutsun. COP29-un keçirilməsi dünyaya nümayiş etdirəcək ki, Azərbaycanınəsas gündəliyi "yaşıl" enerjilə bağlıdır, baxmayaraq ki, ölkəböyük neft və qaz istehsalçısıdır. "Yaşıl" enerji növlərininyaradılması və "yaşıl" enerjinin dünya bazarlarına nəqlihazırda biizm enerji siyasətimizin prioritetidir. Reallıqbelədir və bütün dünya bunu bir daha görəcək.
Səbinə Kazımova
Gənc Jurnalist