Azərbaycan Respublikasının müstəqillik qazandıqdansonra həyata keçirdiyi ən önəmli addımlardan biri xarici siyasət strategiyasını genişləndirmək və şaxələndirməkolmuşdur. Dövlətimizin apardığı çoxşaxəli xarici siyasətxətti onun hazırda dünya miqyasında güclü dövlətlərdənbirinə çevrilməsində xüsusi önəm kəsb edir. Bunlarla yanaşı, Ali Baş Komandan İlham Əliyev öz ölkəsinibeynəlxalq arenada mükəmməl şəkildə təmsil etdiyinəgörə bu gün Azərbaycan dünyanın gündəmindədir. Gündəmdə olmasının əsas göstəricilərindən biri də sonillərdə ölkəmizdə bir çox mühüm xarakterli tədbirlərinkeçirilməsidir. Bu tip layihə və tədbirlərin Azərbaycandakeçirilməsi beynəlxalq aləmin ölkəmizə olan etimadının, güvəninin nəticəsidir.
2023-cü il dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyiüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi iləəlaqədar Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin sədrliyi ilə müşavirə keçirilib. Belə bir dünyaəhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi ölkəmizingələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi üçünböyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısımüşavirədə çıxış etmiş və çıxışı zamanı Azərbaycanıngələn il belə mühüm bir tədbirə ev sahibliyi etməsininönəmindən bəhs etmişdir. Həmçinin, bu layihə ölkəmizüçün yeni perspektiv inkişaf vəd edir və onun inkişafınaxidmət edir. Çıxışında Azərbaycanın illərlə davam edənhaqlı mübarizəsindən, xalqın iradəsindən, gələcək üçünnəzərdə tutulan layihələrdən söz açmışdır.
Belə irimiqyaslı tədbirlərə ev sahibliyi etmək kifayətqədər böyük məsuliyyətdir və üzərimizə böyük öhdəliklərqoyur. Lakin Azərbaycan Respublikası onların öhdəsindənmüvəffəqiyyətlə gəlir və gələcəkdir. Bu tipli mötəbər layihəvə tədbirlərin Azərbaycanda, xüsusilə Bakıda keçirilməsiölkəmizin dünya miqyasında nüfuzundan və sarsılmaz mövqeyindən xəbər verir. Bunlarla yanaşı, bu tədbirlərinkeçirilməsi üçün ölkəmizin seçilməsi, xalqımıza qarşı buetimadın göstərilməsi Müzəffər lider İlham Əliyevinuzaqgörən və çoxşaxəli fəaliyyətinin uğurlu nəticəsidir.
Zərxanım Abbasova
Gənc jurnalist