AZ   |   RU
Azərbaycan cüdoçusu Açıq Avropa çempionatının bürünc medalını qazanıb


Kosovanın Priştina şəhərində keçirilən cüdo üzrə Açıq Avropa çempionatında kişilər arasında -73 kq. çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Hidayət Heydərov bürünc medal əldə edib.



Bu barədə Missiya.Az-a Azərbaycan Cüdo Federasiyasından bildirilib.


Hidayət Heydərov üçüncü yer uğrunda mübarizədə gürcüstanlı rəqibi Laşa Şavdatuaşvili üzərində qələbə qazanaraq bürünc medala sahib olub.



  • 16-12-2023, 21:41