AZ   |   RU
“Netanyahu bölgəni təhlükəyə atmağa davam edir” - Ərdoğan

“Türkiyə beynəlxalq investorlar üçün təhlükəsiz sığınacaq statusunu qoruyub saxlayır. Türkiyə iqtisadiyyatına güvənən qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq”.


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz Əməkdaşlıq Şurasının 44-cü Zirvə toplantısında çıxış edərkən deyib.


“Biz İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ərəb Liqasının Ər-Riyadda keçirdiyimiz Fövqəladə Zirvə toplantısında Fələstin xalqı ilə həmrəy olduğumuzu açıq şəkildə nümayiş etdirdik. Sammitdə qəbul edilən qərarlara əməl etməyimiz vacibdir. Xarici işlər nazirlərinin təmas qrupu müxtəlif ölkələrdə görüşlər keçirib və bu davam edəcək”, - deyə siyasətçi vurğulayıb.


O, qeyd edib ki, biz Qətərin əsir mübadiləsi və humanitar yardım sahəsində səylərini yüksək qiymətləndiririk:


“Bununla belə, İsrailin baş naziri Benyamin Netanyahu administrasiyası siyasi ömrünü uzatmaq üçün bütün bölgəni təhlükəyə atmaqdadır. İsrail öz cinayətlərindən yaxa qurtarmamalıdır”, - deyə Ərdoğan əlavə edib.


Siyasətçi bildirib ki, Türkiyə olaraq humanitar yardımlarımızı davam etdiririk. 

 


Daşqın Həsənov
Missiya.Az



  • 5-12-2023, 14:56