AZ   |   RU
Makqreqor İrlandiya prezidenti olmaq niyyətindədir

Ultimate Döyüş Çempionatının (UFC) keçmiş çempionu Konor Makqreqor İrlandiyada keçiriləcək prezident seçkilərində iştirak edəcəyini etiraf edib.


Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə idmançı özünün “X” sosial media hesabında məlumat verib. 


"Mənim 35 yaşım var, gənc və çılğınam. Prezident seçilsəm hakimiyyətdə mən yox, xalq olacaq”, - deyə Makqreqor vurğulayıb.


Xatırladaq ki, Makqreqor 2021-ci ilin iyulunda UFC 264-də amerikalı Dastin Poire ilə üçüncü döyüşündə ayağı sınıb və o vaxtdan bəri bir heç bir döyüşə çıxmayıb.


Qeyd edək ki, İrlandiyada prezident seçkiləri 2025-ci ildə keçiriləcək.



Daşqın Həsənov
Missiya.Az



  • 5-12-2023, 14:27