AZ   |   RU
"Ölkədə kifayət qədər savadlı, qabiliyyətli hərbçilər formalaşıb" - Siyavuş Novruzov

"Bu gün ölkədə kifayət qədər savadlı, qabiliyyətli hərbçilər formalaşıb".

Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov dekabrın 5-də parlamentin plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan dövləti hər zaman zabitə kifayət qədər xərc çəkir, oxudur, yetişdirir və müəyyən mərhələyə çatdırır: “Təbii ki, zabit bu dövr ərzində çalışmalıdır ki, özündən sonrakıları formalaşdırsın. Zabitlərimiz tək döyüşçü yox, həm də döyüşə rəhbərlik edəndir. Digər tərəfdən, Azərbaycan kifayət qədər yeni texnika alır. Bunun işlənməsi və başqa nəsillərə ötürülməsinə zaman lazımdır”.

Hərbçilərin təqaüdə çıxma yaşının artırılması məsələsinə toxunan S.Novruzov qeyd edib ki, ali məktəbi bitirəndən sonra 20 il hərbi qulluğun sonunda, 42 yaşında təqaüdə gedir: “Təqaüdə getməyin də əsas səbəbi budur ki, hərbçi gələcəkdə hansısa səhvə yol verəcəyini və buna görə ordudan uzaqlaşdırılacağını, yaxud təqaüd ala bilməyəcəyini düşünür. Lakin bu sahədə işləyən bütün insanlar təqaüdlərini alırlar. Dağlıq zonada qulluq edənlərin əməkhaqqısına 30 % əlavə, yaxud digər imtiyazlar olur. Təbii ki, istəyirik ki, imtiyazlar daha da artıq, əsgər və zabitlərimizə diqqət daimi olsun”.



  • 5-12-2023, 14:18