AZ   |   RU
İsrail Qəzzanın cənubuna 150 zirehli texnika yerləşdirir - KİV


Media İsrail ordusunun Qəzzanın cənubuna hücumda istifadə etdiyi texnikanın miqdarını hesablayıb.

Missiya.Az
 "Associated Press"(AP)ə istinadən xəbər verir ki,  İsrail Müdafiə Qüvvələri (İDF) Qəzzanın cənubundakı hücumda 150 zirehli texnika yerləşdirir.

“Bazar günü çəkilmiş peyk fotoşəkilləri müharibədən əvvəl 400 mindən çox insanın yaşadığı Xan Yunis yaxınlığında tankların və qoşunların toplaşdığını göstərir. İsrail öz avadanlıqlarını şəhər mərkəzindən 6 km şimalda cəmləyib. İDF qoşunların yerləşdirilməsi ilə bağlı şərh sorğusuna cavab verməyib, AP bunu aydınlaşdırır", - deyə nəşrdə qeyd edilib.

Xatırladaq ki, dekabrın 4-də İsrail ordusunun sözçüsü Daniel Həcəri bildirib ki, İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı əməliyyatın miqyasını genişləndirməkdə davam edir: "Quru qoşunları Hərbi Hava Qüvvələri ilə birlikdə bir sıra birgə tapşırıqlar yerinə yetirib, nəticədə terrorçular və terror infrastrukturu məhv olunub".


Zərintac Mayisqızı
Missiya.Az




  • 5-12-2023, 14:43