AZ   |   RU
Namiq Qaraçuxurlu Aygün Kazımovanın sevgi qapısından danışıb - "O qapı daim açıq qalır"

Son günlər birgə ifaları və səmimi görüntüləri ilə gündəmə gələn Aygün Kazımova və Namiq Qaraçuxurlu cütlüyünün yenidən sevgi münasibətlərində olması barədə söhbətlər yayılır. 


Missiya.Az xəbər verir ki, bunun həqiqət olub-olmaması barədə suala cavab axtaranlar həm Namiqə, həm də Aygünə açıq və işarəli suallar ünvanlayırlar. Sosial şəbəkələrdə belə sual-cavablardan birini əks etdirən video yayılıb. Görüntülərdə Namiqə Aygünlə ayrıldığı dövrdə dediyi, “ Mən çırpıb getdiyim qapını bir də açmıram” sözləri xatırladılır və belə bir sual verilir: “Birgə səmimi görüntüləriniz gündəmdədir. Hamı üçün maraqlı olan bir sual var: Görəsən həmin qapını külək açıb?” Namiq Qaraçuxurlu suala belə cavab verib: “Qapının zamokunda problem var, bağlayırsan açılır. O qapı daim açıq qalır”.


 Namiqin cavabı sosial şəbəkələrdə maraqlı reaksiyalar doğurub.İzləyicilərin çoxu videoya “Bir-birinizə çox yaraşırsız, heç vaxt ayrılmayın və heç kimə fikir verməyin” kimi rəy yazıb.


Elcan
Missiya.Az



  • 22-11-2023, 13:31