AZ   |   RU
Diş pastaları ilə bağlı XƏBƏRDARLIQ - "Haber Global"


"Biz ondan çox istifadə edirik, lakin məlum oldu ki, sağlamlığımızla oynayır. Diş pastasında gizli təhlükə üzə çıxıb. Mütəxəssislər hər kəsin ağız və diş gigiyenası üçün istifadə etməli olduğu sözügedən məcunlarla bağlı ciddi xəbərdarlıq ediblər".

Missiya.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, həkimlər insanları diş pastasından istifadə edərkən diqqətli olmağa çağırıblar.

"Əslində bu problem illərdir məlumdur, amma çoxları buna qətiyyən əhəmiyyət vermir. Belə ki, dişləri fırçalayan zaman diş pastasının miqdarına baxılmalıdır. Sağlamlığımız üçün istifadə etdiyimiz bu məcunlardan hər gün noxud böyüklüyündə tökməliyik. İnsanların əksəriyyəti həmin miqdarı qeyri-kafi hesab edir və daha çox istifadə edir. Bunun da heç bir zərərinin olmadığını düşünürlər. Lakin diş pastasının həddindən artıq vurulması diş minasının zəifləməsi ilə nəticələnir. Zamanla dişlərin saralması, getməyən çirkin ləkələr və müxtəlif xəstəliklər əmələ gəlir", - deyə nəşrdə qeyd edilib.


Zərintac Mayisqızı
Missiya.Az




  • 20-11-2023, 15:32