
Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədri Südeyf İmamverdiyev Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 31-ci ildönümü ilə bağlı təşkil olunan tədbirdə çıxış edib.
Missiya.Az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında keçirilən tədbirdə Südeyf İmamverdiyev partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevin siyasi yaradıcılığından danışıb.
TAİB sədri qeyd edib ki, 90-cı illərdə Azərbaycanda anarxiya hökm sürürdü və ölkədə yeni bir liderə xalqın ehtiyacı var idi:
“O zaman Naxçıvanda Ali Məclisin sədri olan Heydər Əliyev xalqın təkidi və istəyi ilə Yeni Azərbaycan Partiyasını yaratdı. Daha sonra minlərlə insan müraciət edərək, bu partiyanın sıralarına qoşulmağa başladı. Bu gün YAP Azərbaycanda alternativi olmayan bir partiyaya çevrilib. Və bu gün də Ulu Öndərin partiya quruculuğu ilə bağlı xəttini Azərbaycan Prezidenti Cənab İlham Əliyev uğurla yerinə yetirir”, - deyə Südeyf İmamverdiyev vurğulayıb.
Qeyd edək ki, tədbirin sonunda YAP Veteranlar Şurasının üzvü, TAİB sədri bir neçə fəalı təltif edib. Mükafat alanlar arasında “Sərdaroğulları” ilk ərazi partiya təşkilatının sədri Xəyal Əhmədov da var.
Daşqın Həsənov
Missiya.Az