AZ   |   RU
Ötən gecə İsrail ordusunun yüksək rütbəli zabiti öldürülüb


Ötən gecə İsrail ordusunun yüksək rütbəli zabiti öldürülüb.


Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin “Ynet” xəbər portalı məlumat yayıb.


Məlumatda deyilir ki, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlarda Hava-desant qüvvələri bölməsinin komandir müavini, kapitan Şlomo Ben Nun HAMAS döyüşçüləri tərəfindən öldürülüb.


Həmçinin əlavə olunub ki, Qəzza zolağının şimalında gedən döyüşlərdə 2 hərbçi yaralanıb, onlar xəstəxanada müalicə almaq üçün ərazidən təxliyə edilib və ailələrinə məlumat verilib.



  • 16-11-2023, 15:20