AZ   |   RU
Türkiyədə meşə yanğınları səbəbilə ölənlərin sayı 6-ya çatıb
Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda meşə yanğınlarının söndürülməsi ilə məşğul olan 2 nəfərin cəsədi aşkarlanıb. Bununla da təbii fəlakətin səbəb olduğu ölüm sayı 6-ya çatıb.

Missiya.Az
Report'a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Daha əvvəl 4 nəfərin öldüyü, 183 nəfərin xəsarət aldığı bildirilirdi.

Məlumata görə, yanğının söndürülməsi zamanı xəsarət almış daha 2 nəfər xəstəxanaya yerləşdirilib.

  • 31-07-2021, 15:14