AZ   |   RU

Azərbaycan yanğınsöndürənləri Türkiyəyə çatıblar


Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə iyulun 31-də qardaş ölkəyə çatıb.

Missiya.Az
xəbər verir ki, yanğınsöndürmə qüvvələrinin birinci qrupu Türkiyə vaxtı ilə saat 23:10 radələrində Muğlanın Dalaman Hava Limanına enib.

Birinci qrupun tərkibində FHN-in 100 əməkdaşı təmsil olunur. Peşəkar və təcrübəli yanğınsöndürənlərdən ibarət qrup üzvləri fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin olunublar.

Qeyd edək ki, rəsmi dairələr, eləcə də ölkə ictimaiyyəti və yerli media orqanları Azərbaycanın Türkiyədə tüğyan edən yanğınlarla bağlı köməyini və ümumi narahatlığını qardaşlıq nümunəsi kimi qiymətləndirib.

Baxış sayı: 79
  • 31-07-2021, 04:01