AZ   |   RU
“Qəzzada əməliyyat HƏMAS məhv edilənə və girovlar qaytarılana qədər davam edəcək” - İsrail XİN rəhbəri

“İsrailin Qəzza zolağındakı hərbi əməliyyatı HƏMAS-ın məhv edilməsi və anklavda saxlanılan girovların qaytarılması üçün lazım olan müddətdə davam edəcək”. 


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Əli Koen “103FM” radiostansiyasına müsahibəsi zamanı deyib.


O, bildirib ki, İsrail hərbçilərinin Qəzza zolağındakı Əl-Şifa tibb kompleksinin ərazisindəki əməliyyatlarının məqsədi Həmas tunellərinin məhv edilməsi və girovların axtarışıdır:


"İsrailin beynəlxalq hüquqa uyğun hərəkət etdiyinə dair kəşfiyyat məlumatımız olanda xəstəxanaya girdik. Bu gün İsrail ordusu bu ərazidədir, ona nəzarət edir və bütün Qəzza zolağında fəaliyyətini davam etdirəcək", - deyə siyasətçi vurğulayıb.


Koen qeyd edib ki, girovları istənilən yolla geri qaytarmaq müharibənin iki əsas məqsədindən biridir.

 


Daşqın Həsənov
Missiya.Az




  • 15-11-2023, 11:50