"Aygün Kazımovanın fanatıyam. Amma ona baxıb səhnəyə gəlməmişəm. Tanınandan sonra demişəm ki, onun fanatıyam. İstəməmişəm ki, ona oxşayım. O mənim üçün bənzərsizdir, başqa bir aləmdir. Heç vaxt bunu dilə gətirməkdən çəkinməmişəm. Niyə çəkinim ki?"
Missiya.Az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Tarixin bir günü" verilişində deyib.
O qeyd edib ki, Xalq artisti Aygün Kazımova şou-biznesin təməlini qoyan, sənət fədaisidir.
"Bir reallığı da danmayaq ki, hər kəs onu izləyir və öyrənir. Məsələn mən A. Kazımova kimi sənət yolunda evimi sata bilmərəm ( dünyaca
məşhur reper Snup Doqqla layihəsinə görə evini satmışdı). Sənət fədaisi deyiləm, "star" olmaq kimi düşüncəm yoxdur. Lakin bu gün estradamızda 10 qadın müğənni varsa, onuncu belə olsa biri mənəm. Öz sözümü demişəm", - deyə A. Babakişiyeva əlavə edib.
Zərintac Mayisqızı
Missiya.Az