"TV-lər ziyalıların tənqidlərinə qarşı özlərini müdafiə edirlər. Haqlıdırlarmı? Həm hə, həm yox!".
Missiya.Az xəbər verir ki bunu aparıcı Murad Əzimzadə deyib.
O bildirib ki, televiziyalar ona görə, haqlıdırlar ki, intellektual və çox ciddi formatlar reytinq vermir, istənilən gəliri gətirmir:
"Belə olan halda TV-lər ayın sonu və ya əvvəli əməkdaşlara maaş vermək üçün tələb-təklif prinsipi ilə hərəkət etməyə məcbur qalırlar. Bu səbəbdəndir ki, şou formatlı proqramlar artır, amma TV-lər ona görə, haqsızdırlar ki, xalqın istədiyi şounu müəyyən əxlaq çərçivəsində, yaradıcı təxəyüllə yox, qurşaqdan aşağı, rəzil durumda təqdim edirlər. Məsələn: uzun illər TV-də "Mərc şou", "Yeriniz məlum", "Tanıdım səni", "Yeni ulduz", "Azəri star", "Ailələr və Talelər", "GünəBaxan", "Musiqili meydan", "Sizin saat" və s. kimi layihələr yayımlanıb və bu layihələr əxlaq çərçivələrini aşmayıblar",-deyə aparıcı vurğulayıb.
O, qeyd edib ki, deməli əxlaqlı şou da, intellektual şou və xəbər şousu da hazırlamaq mümkündür:
"Gərək televiziyalar yaradıcı dayazlıqdan yaranan keyfiyyətsizliyi, “bizə gəlir lazımdır, xalq bunu istəyir deyə belə edirik” - bəhanəsi ilə malalamasın! Müasir dövrdə malalayanlara yox, əlini daşın altına qoyub dövlətinə və xalqına xidmət edənlərə ehtiyac var!".
Leyla SƏMƏNDƏR
Missiya.Az