AZ   |   RU
Rusiya qoşunu Ermənistan-Azərbaycan sərhəddinə yerləşdirilir - Postlar qurulur

Ermənistanda yerləşdirilən Rusiyanın 102-ci hərbi bazanın bir qrup hərbçisi Azərbaycan-Ermənistan sərhədinə gəliblər.

 Missiya.Az
xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Onlar Basarkeçər rayonunun Kəlbəcər rayonu ilə sərhəd Yuxarı Şorca kəndi gəliblər. Yerli jurnalistlər rusiyalı hərbçilərin ərazidə mövqe qurduqlarını bildirir.

Qeyd edək ki, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət gərginləşib. Ötən gecə dövlət sərhəddinin Kəlbəcər istiqamətində baş vermiş atışma nəticəsində 3 erməni hərbçinin öldüyü bildirilir. Bu gün isə Rusiya tərəfinin təşəbbüsü ilə atəşkəs əldə olunub. Ermənistan mediasının yaydığı məlumata görə, Moskvada Ermənistan-Azərbaycan-Rusiya Müdafiə nazirlərinin görüşü planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana sülh sazişi imzalamağı təklif edib. Ermənistan isə təxribatçı əməllərindən əl çəkmir, sülh sazişi təklifini cavabsız qoyur və yalnız sərhəddə vəziyyəti gərginləşdirməklə məşğuldur.

Elvin
Missiya.Az


  • 28-07-2021, 17:03