AZ   |   RU
Menendez “casusluq” ittihamını qəbul etməyib


ABŞ senatoru Bob Menendez ona qarşı irəli sürülən “xarici dövlətin agenti olmaq” ittihamını rədd edib.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, onun rüşvətxorluq və korrupsiyada təqsirləndirildiyi iddianamənin hazırkı variantında Menendez, həyat yoldaşı Nadine Arslanian və iş adamı Vael Hana ilə birgə Nyu-Yorkda hakim qarşısına çıxıb.

ABŞ senatoru günahsız olduğunu deyib.

Bundan əlavə, Menendezin həyat yoldaşı Nadine Arslanian və təqsirləndirilən digər şəxslər də onlara qarşı irəli sürülən ittihamları qəbul etməyiblər.

Qeyd edək ki, senatorun işinə may ayında baxılacağı gözlənilir.

Zərintac Mayisqızı
Missiya.Az




  • 24-10-2023, 11:16