AZ   |   RU
Aİ XİN başçılarının növbəti iclasında Ermənistan-Azərbaycan məsələsi müzakirə olunacaq


Ermənistan-Azərbaycan məsələsi noyabrın 13-də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin növbəti iclasında müzakirə olunacaq.

Bunu Missiya.Az-ın sorğusuna cavab olaraq Avropa Komissiyasından bildirilib.

Bildirilib ki, vaxt məhdudiyyətinə görə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin bugünkü görüşündə Ermənistan-Azərbaycan məsələsini müzakirə etmək mümkün olmayıb və təxirə salınıb. Buna görə də məsələ nazirlərin növbəti iclasının gündəliyinə salınmalıdır.



  • 24-10-2023, 09:34