AZ   |   RU
Putin bu gün İsrail və Fələstin liderləri ilə danışacaq


Rusiya Prezidenti Vladimir Putin bu gün İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla telefon danışığı aparacaq.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O, İsrail və Fələstin liderlərindən başqa Putinin daha üç ölkə başçısı ilə telefonla danışacağını söyləyib.

"Prezident artıq Suriya və İran prezidentləri ilə danışıb. Gün ərzində daha Misir prezidenti əs-Sisi, Fələstin prezidenti Abbas, eləcə də İsrailin baş naziri Netanyahu ilə təmaslar olacaq”, - deyə Uşakov vurğulayıb.

Onun sözlərinə görə, Putin təmaslar zamanı İsrail-Fələstin münaqişəsini müzakirə edəcək. "Təbii ki, Putin Rusiyanın qiymətləndirmələrini, mövqeyimizi bildirəcək və həmkarlarının müvafiq mülahizələrini dinləyəcək", - deyə Uşakov əlavə edib.



  • 16-10-2023, 16:20