AZ   |   RU
“HƏMAS-ı tamamilə məhv edəcəyik” - İsrail müdafiə naziri

“Oktyabrın 7-də baş verən hücum zamanı HƏMAS təşkilatından minlərlə yaraqlı İsrailə sızıb”.

Missiya.Az
“TASS”a istinadən xəbər verir ki, bunu Brüsseldə keçirilən NATO-nun müdafiə nazirlərinin görüşü zamanı İsrailin müdafiə naziri Yoav Qalant deyib.

Qalant bildirirb ki, O, silahlıların hücumuna məruz qalan sərhəd bölgələrinə şəxsən baş çəkib.

"1945-ci ildən bəri yəhudi xalqının başına belə bir hadisə gəlməmişdi. 100-dən çox adam oğurlanıb, 1000-dən çox insan öldürülüb, 3000-dən çox soydaşımız yaralanıb və ölkəmizə 5000-dən çox raket atılıb", - deyə siyasətçi vurğulayıb.

O, qeyd edib ki, İsrail oktyabrın 7-dəki hadisədən sonra HƏMAS-ı tamamilə məhv etməkdə qərarlıdır.

“İsrail Müdafiə Qüvvələri HƏMAS-ı məhv edəcək. Bu müharibə uzun və çətin olacaq, lakin biz qalib gələcəyik. Bütün çətinliklərə baxmayaraq, biz vətəndaşlarımızı istənilən təhlükədən qorumağa hazırıq”, - deyə Qalant əlavə edib.


Daşqın Həsənov
Missiya.Az



  • 12-10-2023, 14:25