AZ   |   RU
“Rusiya və Türkiyə mediası əməkdaşlığı genişləndirməlidir” - Lavrov

 

Rusiya və Türkiyə media məkanında, bədxahlardan gələn saxtakarlıq və dezinformasiya ilə mübarizə aparmaq üçün birgə işləməli, həmçinin bu sahədə qarşılıqlı əlaqələri inkişaf etdirməlidir”.

 

Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Serqey Lavrov “Rusiya-Türkiyə: əməkdaşlığın gücləndirilməsində medianın rolu” mövzusunda Moskvada keçirilən dəyirmi masanın iştirakçılarına müraciətində deyib.


 “Ümumi informasiya çağırışları və təhdidləri ilə mübarizədə iki ölkə mediasının koordinasiyalı fəaliyyəti, bədxahlarımız tərəfindən yayılan dezinformasiyanın nəticələrinin qarşısını almaq üçün qarşılıqlı fəaliyyət alqoritmlərinin hazırlanması vəzifəsi ön plana çıxır. Media məkanında müxtəlif növ saxtakarlıqlar və təxribat xarakterli informasiyalarla birgə mübarizə aparmaq lazımdır”, - Lavrov müraciətində bildirib. 


Elcan
Missiya.Az



  • 12-10-2023, 13:56