AZ   |   RU
Separatçıların daha iki lideri də həbs olundu

“Tezliklə Azərbaycan qondarma rejimin keçmiş “prezident”ləri Bako Saakyan və Arkadi Qukasyanın Laçın sərhəd-buraxılış məntəqəsində həbs olunduğunu elan edəcək.


Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.


“Onların qabağında “Artsax”ın daxili işlər və milli təhlükəsizlik “nazir”lərinin olduğu avtomobilin keçməsinə icazə verilib, lakin keçmiş prezidentlər saxlanılıb. Vitali Balasanyan və Davit İşxanyanın yeri məlum deyil”, - deyə məlumatda vurğulanıb.


Məlumata görə, Azərbaycan tərəfi Bako Saakyan və Arkadi Qukasyanın həbs edilməsinin tezliklə görüntülərini yayımlayacaq.




Daşqın Həsənov
Missiya.Az



  • 3-10-2023, 16:48