AZ   |   RU

SOCAR: İstismar etdiyimiz dəniz özüllərinin heç birində qəza baş verməyib


"Sosial şəbəkələrdə dəniz özüllərinin birində bədbəxt hadisənin baş verməsi haqqında məlumat yayılıb".

Missiya.Az
xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

"Bu gün SOCAR-ın istismar etdiyi dəniz özüllərinin heç birində qəza baş verməyib, əməliyyatlar normal rejimdə davam edir. Dənizdə işləyən əməkdaşlarımıza hər hansı zərər dəyməyib. İctimaiyyətin sorğularına əsasən apardığımız araşdırma nəticəsində Səngəçal qəsəbəsinin yaxınlığında istismardan çıxarılmış bir özüldə köhnə metal yığılmasını həyata keçirən, SOCAR-a aid olmayan şirkətlərdən birində bədbəxt hadisənin baş verməsi haqqında ilkin məlumat əldə etmişik. Məlumata görə hadisə nəticəsində həmin şirkətin bir əməkdaşı dünyasını dəyişib", - deyə o, qeyd edib.


Baxış sayı: 111
  • 17-07-2021, 17:20