AZ   |   RU
“Statistik göstəricilərdən də aydın olur ki, Türkiyə ilə əlaqələrimiz bütün istiqamətlər üzrə dinamik inkişafdadır”- Ramin Əhmədov

“Bu gün Naxçıvanda Prezident İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş, İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi, eləcə də Qars-Naxçıvan dəmir yolu xətininin çəkilməsi ilə bağlı niyyət protokolunun imzalanması iki qardaş ölkə arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcək”.  


Missiya.Az xəbər verir ki, bunu özünün "Facebook" səhifəsində Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov yazıb. 

R.Əhmədov daha sonra qeyd edib: “Cənab Prezidentin də vurğuladığı kimi, bu gün Türkiyə ilə əlaqələrimiz ən yüksək zirvədədir və indi bütün istiqamətlər üzrə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq. Naxçıvanda təməli qoyulmuş layihələr, imzalanmış sənədlər də cənab Prezidentin dediklərinin əyani sübutudur. Statistik göstəricilərdən də aydın olur ki, əlaqələrimiz bütün istiqamətlər üzrə dinamik inkişafdadır. Məsələn bir neçə il bundan əvvəl ticarət dövriyyəmiz cəmi 2 milyard dollar idisə, indi dövriyyəmiz 6 milyard dolların üzərindədir. Bu kimi inkişaf göstəricilərinin qarşıdakı mərhələdə daha da artacağına isə heç bir şübhə yoxdur. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!” – deyə, R.Əhmədov vurğulayıb.   



Elcan
Missiya.Az 

 



  • 25-09-2023, 19:50