AZ   |   RU
“Azərbaycanın antiterror tədbirləri nəticəsində bir gündə Qarabağda bütün mənzərə dəyişdi” - Yaşar Gülər

“Azərbaycanın antiterror tədbirləri nəticəsində bir gündə Qarabağda bütün mənzərə dəyişdi”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Milliyət”ə müsahibəsində deyib.

O bildirib ki, Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra imzalanan sənədin şərtlərinə əməl etməli idi: “Amma belə olmadı. Ermənilər son vaxtlar, demək olar, hər gün təxribat törədirdilər. Xəbərdarlıqlara rəğmən, Ermənistanın ritorikasında nə isə dəyişmədi. Nəticədə 44 günlük müharibədə olduğu kimi, azərbaycanlı qardaşlarımız qarşı tərəfə layiqli cavabı verdi”.

Y.Gülər vurğulayıb ki, Azərbaycan Ordusunun antiterror tədbirləri nəticəsində qarşı tərəf təslim olmağa məcbur olub: “Rusiya tərəfi həmin ərazilərin Azərbaycana aid olduğunu söylədi və düzgün mövqe ortaya qoydu. Ermənistan baş naziri Nikol Paşinyan Qarabağdakı qanunsuz hərbi birləşmələrlə əlaqəsinin olmadığını deyir. Elə isə onları kim dəstəkləyir? İnşallah, baş verənlər sülh istiqamətində addım olar. Ümid edirəm ki, Ermənistan öhdəliklərinə əməl edər və regiona sülh gələr”.



  • 22-09-2023, 17:24