AZ   |   RU
Gürcüstanda məhdudiyyətlərin yenidən tətbiqi gözlənilir
 
“Gürcüstanda yaranmış epidemioloji vəziyyətlə bağlı müəyyən məhdudiyyətlərin tətbiq olunacağı istisna edilmir”.

Missiya.Az
Report'a istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterine Tikaradze “İmedi” telekanalına müsahibəsində deyib.

O, hansı məhdudiyyətlərin nəzərdən keçirildiyini dəqiqləşdirməyib.

Nazir müavini Tamar Qabuniya isə öz növbəsində bildirib ki, məhdudiyyətlər əyləncəli tədbirlərlə bağlı ola bilər: “Epidemioloji vəziyyət pisləşir, infeksiya sürətlə yayılır və fəal müdaxilə olmadan temp azalmayacaq”.


  • 15-07-2021, 17:45