AZ   |   RU
Xocavənddəki Amaras alban məbədi də Ordumuzun nəzarətinə götürüldü



Xocavənddəki Amaras monastırı Azərbaycan Silahlı Qüvvələri tərəfindən nəzarətə götürülüb.

Amaras Azərbaycanda ən qədim alban abidələrindən biri sayılır. Amaras Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən xristian monastırıdır. Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən Alban Həvari Kilsəsinin ləğv edilməsinə kimi ziyarət olunan ən müqəddəs məbədlərdən biri olub.

Monastır həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilib.

Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən abidəyə verilmiş pasportda bu qeydlər yer alıb:

Ad: Amaras monastırı

Abidənin növü: Memarlıq abidələri

Tarix: IV əsr

Əhəmiyyəti: Ölkə əhəmiyyətli

Nömrə: № 246

Şəhər: Xocavənd şəhəri

Ünvan: Maçqalaşen kəndi

Sistem kodu: AJA000261



  • 20-09-2023, 11:18