AZ   |   RU
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb


Sentyabrın 18-i saat 17 radələrində 1999-cu il təvəllüdlü Elməddin Kərimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Missiya.Az xəbər verir ki, bu barədə rayon prokurorluğundan Missiya.Az-a bildirilib.

Araşdırma zamanı 2000-ci il təvəllüdlü Höccət Soltanovun Masallı rayonu ərazisində yol kənarında aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elməddin Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Höccət Soltanov şübhəli şəxs kimi tutulub.

Hazırda ibtidai istintaq davam edir.




  • 19-09-2023, 12:07