AZ   |   RU
Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir
Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir.

Midsiya.Az
xəbər verir ki, Muxtar Respublikanın Dövlət Nəqliyyat Xidmətindən məlumat daxil olub.

Bildirilib ki, bu marşrut üzrə ilk avtobus iyulun 17-də yola düşəcək. Sərnişinlərin PCR testindən keçməyinə ehtiyac yoxdur. Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə gün ərzində 4 avtobus xidmət göstərəcək.

Avtobuslara bilet almaq istəyənlər muxtar respublika avtovağzallarına müraciət edə bilərlər.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.

  • 14-07-2021, 23:02