AZ   |   RU
"İtkilərimiz var, azərbaycanlılar yenə irəliləməyə çalışır" - Erməni deputat

Azərbaycan-Ermənistan sərhəddinin Naxçıvan istiqamətində baş vermiş gərginlik erməni cəmiyyətində ciddi narahatlığa səbəb olub.

Missiya.Az
xəbər verir ki, müxtəlif siyasi ekspertlər və deputatlar Ermənistan Müdafiə Nazirliyinin itkilər barədə yalan məlumat yaydınığını iddia edir. "Henaket" analitik mərkəzinin rəhbəri və "Mənim şərəfim var" blokunun üzvü Tigran Abrahamyan “Facebook” hesabında yazıb ki, Müdafiə Nazirliyi Naxçıvan istiqamətində baş vermiş atışma zamanı həyatını itirən erməni əsgərinin adını açıqlamalıdır.

Sitat:“Müdafiə Nazirliyi məlumat yayır ki, səhər 10:30 radələrində Ermənistan-Azərbaycan sərhədinin Yerasx istiqamətində atışma olub. Bir erməni əsgəri öldürülüb. Amma Nazirlik yaydığı məlumatda öldürülən əsgərin adını açıqlamır. Nazirlik öldürülən əsgərin adını açıqlamalıdır. Bu etik məsələdir. Çünki sərhəd bölgədə çox sayda əsgər xidmət edir və Nazirliyin ad açıqlamaması ailələrin ciddi narahatlığına səbəb olur” – sitatın sonu.

Daşnaksütun partiyasının üzvü, deputat Gegham Manukyan isə Naxçıvanla sərhəddə bir neçə hərbçinin öldürüldüyünü deyib.

Sitat: “Sərhəddə qurbanlarımız var. Azərbaycanlılar yenə irəliləməyə hazırlaşırlar. Müdafiə Nazirliyi sərhəddə atışma nəticəsində hərbçinin öldüyünü açıqlayır, amma ad göstərmir. Sərhəddə xidmət edən bütün əsgərlərin ailələri narahatdır” – sitatın sonu.

Deputat Ermənistanda yaşanan hərc-mərcilikdən də bəhs edib.

Sitat: “Gorusda Nikolun təyin etdiyi qubernatorun oğlu köhnə qubernatorun oğlu ilə bir-birinə odlu silahdan atəş açır. Nikol isə anti-Rusiya mitinqlərinin təşkilatçısı, Ermənistan Milli Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanı xarici işlər naziri vəzifəsinə hazırlayır. Qriqoryan müharibədən sonra türklərin artıq düşmən olmadığını və bununla əlaqədar Milli Təhlükəsizlik Strategiyasının dəyişdirilməli olduğunu söyləmişdi” – sitatın sonu.

Elvin
Missiya.Az


  • 14-07-2021, 17:39