AZ   |   RU
Qanunsuz erməni silahlılarının Şuşa istiqamətində fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

Sentyabrın 8-i saat 19:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.


Bu barədə MissiyaAz-a Müdafiə Nazirliyindən məlumat verilib.


Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.



  • 8-09-2023, 20:38