AZ   |   RU
Nizami rayonunda II Bilik Kitab Sərgisi keçirildi - FOTOLAR


Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 8-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunun II Bilik Kitab Sərgisi keçirilib.

Missiya.Az-ın verdiyi xəbərə görə, sözügedən tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin sədri Şəmil Sadiq, rayon ictimaiyyətinin nümayəndələri, rayon təhsil müəssisələrinin kollektivləri və sakinlər iştirak ediblər.

Həmçinin, Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi nümayiş olunub.

Açılış mərasimində Bilik Günü ərəfəsində təşkil olunmuş bu sərginin əhəmiyyətindən danışılıb və qeyd edilib ki, bu cür sərgilər yeni çap olunmuş kitabların təbliği və oxucuların seçim imkanlarının artırılması, eləcə də mütaliəyə və kitaba olan marağın daha da gücləndirməsi, eyni zamanda yeni oxucu nəslinin yetişməsi baxımından böyük rol oynayır.

20-dən çox nəşriyyat və mağazanın iştirak etdiyi sərgidə məktəbli ləvazimatlarının, kitabların, dəftərlərin, qeyd dəftərçələrinin, test toplularının, çantaların, həmçinin bədii əsərlərin endirimli satışı olub.

Bununla yanaşı sərgi çərçivəsində tanınmış yazıçıların imza mərasimləri, şou-proqramlar, şeir və canlı musiqi saatları, “face-art” və master-klasslar təşkil edilib.

Açılış mərasimindən sonra iştirakçılara konsert proqramı təqdim olunub.

Qeyd edək ki, II Bilik Kitab Sərgisi 9-10 sentyabr tarixlərində də keçiriləcək.

Zərintac Mayisqızı
Missiya.Az





  • 8-09-2023, 20:19