AZ   |   RU
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 564 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 269, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 295 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 108 514, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 475 180, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 633 334 təşkil edir.


  • 12-07-2021, 21:34