AZ   |   RU
“Kibercinayətlər” elektron informasiya sistemi formalaşdırılacaq


“Kibercinayətlər” elektron informasiya sistemini formalaşdırmaq və bu sistemə səlahiyyətli qurumların çıxışının təmin edilməsi ilə bağlı təkliflər hazırlanacaq.


Missiya.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nda əksini tapıb.

Qeyd edilib ki, “Kibercinayətlər” elektron informasiya sistemini formalaşdırmaq və bu sistemə səlahiyyətli qurumların çıxışının təmin edilməsi ilə bağlı təkliflər hazırlanmasında əsas icraçı qurum Nazirlər Kabinetidir.

Bundan əlavə, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq (tövsiyə olunur), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2023 – 2024-cü illərdə informasiya sisteminin operatorunun müəyyən olunması, texniki şərtin hazırlanması, informasiya sisteminin texniki şərti və səlahiyyətlərin müvafiq qurumlarla razılaşdırılması, sistemin operatoru tərəfindən sistemin yaradılması və fəaliyyətinin təşkilini təmin etməlidir.



  • 28-08-2023, 17:18