AZ   |   RU
UEFA prezidenti azərbaycanlı könüllülərə təşəkkür etdi

UEFA prezidenti Aleksander Çeferin Avropa çempionatının oyunlarına ev sahibliyi edən ölkələrin könüllülərinə təşəkkür edib.

Missiya.Az
xəbər verir ki, sloveniyalı funksioner qurumun rəsmi saytına açıqlamasında onların işini yüksək qiymətləndirib.

Çeferin turnirin uğurlu alınmasında könüllülərin böyük rolu olduğunu vurğulayıb: "11 şəhərin hamısında, istər fan-zonalarda, istərsə də stadionlarda işçilərimiz və könüllülərimiz arasında fəxr edə biləcəyimiz birlik və komanda işi ruhunu görürük. Ümid edirəm ki, turnir onların hər birinə bir sıra unudulmaz xatirələr bəxş etdi".

Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupunun Uels - İsveçrə, Türkiyə - Uels və İsveçrə - Türkiyə oyunlarına, həmçinin 1/4 final mərhələsinin Çexiya - Danimarka matçına ev sahibliyi edib.


  • 9-07-2021, 15:12