AZ   |   RU
Avstriyada qatar qəzaya uğrayıb, xəsarət alanlar var

Avstriyanın Zalsburq əyalətində, dağlıq bölgədə qatarın yoldan çıxması nəticəsində 17 nəfər yüngül xəsarət alıb.

Missiya.Az “Austria Press Agency”yə istinadən xəbər verir ki, Mur çayı dərəsində fəaliyyət göstərən dar izli dəmir yolunda qatar yoldan çıxıb, vaqonlardan biri aşaraq çaya yuvarlanıb. Yerli Qızıl Xaçdan verilən məlumata görə, qatarda olanların hamısı xilas edilərək çıxarılıb.

Xilasetmə dəstəsinin rəhbəri Anton Şilxer qatarda yay tətili ərəfəsində gəzintiyə çıxmış 54 məktəblidən 17-nin yüngül xəsarət aldığını deyib.
Hadisənin səbəbi araşdırılır.


  • 9-07-2021, 14:03